Rezidual ƏLAMƏTLƏR

14 Noyabr 2024, 06:04

Meningit, meninqoensefalit keçirmiş vətəndaşlar ilkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən və hərbi xidmətə könüllü daxil olarkən, əgər müalicə qurtardıqdan sonra 6 aydan az vaxt keçmişdirsə, hərbi xidmətə müvəqqəti yararsız sayılırlar.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Rezidual əlamətlərin olmaması və ya yalnız dağınıq üzvi nişanələrin olması ilə təzahür edən, lakin funksiyaların pozulması ilə müşayiət olunmayan hallarda ilkin hərbi qeydiyyata alınan, hərbi xidmətə çağırılan, hərbi xidmətə könüllü daxil olan vətəndaşlar “Xəstəliklər cədvəli”nin 22-ci maddəsinin “ç” bəndi üzrə şəhadətləndirilirlər.

 

MaddəXəstəliklərin adı, funksiyaların pozulma dərəcəsiHərbi xidmətə yararlılıq kateqoriyası
I qrafaII qrafaIII qrafa
23Baş-beynin və onurğa-beyninin travmaları və onların nəticələri; mərkəzi sinir sisteminin xarici amillərin təsirindən zədələnmələrinin nəticələri:
a) funksiyaların mühüm dərəcədə pozulması iləDDD
b) funksiyaların mülayim dərəcədə pozulması iləCCC və ya B FƏRDİ
c) funksiyaların cüzi dərəcədə pozulması iləCCB
ç) funksiyaların pozulması ilə müşayiət olunmayan obyektiv əlamətlər olduqdaA-4AA, HDQ, ÜH, DP, XQ-də FƏRDİ
d) mərkəzi və ya periferik sinir sisteminin kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, baş-beynin və onurğa-beyin travmalarından, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalarÇÇÇ

 

Bu maddə baş-beynin və onurğa-beyninin travmalarının erkən və uzaq nəticələrini (travmanın alınma anından bir il və ya bir ildən çox keçdikdən sonra), mərkəzi sinir sisteminin travmatik zədələnmələrinin fəsadlarını, eləcə də hava-partlayış dalğalarının və digər xarici amillərin təsirindən əmələ gələn travmaların nəticələrini nəzərdə tutur.