18 noyabr 2024-cü il tarixindən Bakıda bir sıra marşrutların fəaliyyəti bərpa ediləcək.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Heftelik.az-a verilən məlumata görə,  2, 6, 24 və 46 nömrəli müntəzəm şəhərdaxili marşrutların hərəkət sxemləri bərpa ediləcək.

Qeyd edilib ki, mərhələli şəkildə digər müntəzəm marşrutların da fəaliyyətinin bərpa edilməsi həyata keçiriləcək.