Göz qapaqlarının bir-biri ilə, yaxud göz alması ilə bitişərək, gözün hərəkətini mühüm dərəcədə məhdudlaşdırması və ya görməyə mane olması, göz qapaqlarının içəriyə çevrilməsi və ya kirpiklərin göz almasına doğru inkişaf edərək gözü qıcıqlandırması, göz qapaqlarının xaricə çevrilməsi, çapıq deformasiyası və ya buynuz qişanın səthinin tam örtülməsinə mane olan vəziyyət çatışmazlıqları (ptozdan başqa) və davamlı laqoftalm “a” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.