Cinayət işinin icraatına xitam verilməsinin əsasları ayrı-ayrı cinayət hadisələrinə və ya ayrı-ayrı şəxslərə şamil edilirsə, cinayət işi üzrə icraata yalnız onlara aid hissədə xitam verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət işi üzrə icraata bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.11 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqədar xitam verildikdə barəsində cinayət işi üzrə icraata xitam verilmiş şəxsin təqsirsizliyini şübhə altına alan müddəaların qərara daxil edilməsinə yol verilmir.