Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı vurulan zərərdən yaranan münasibətləRə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.

Dənizlə təhlükəli və zərərli maddələrin daşınması ilə bağlı zərər vurulduqda, bu Məcəllədə müəyyən edilmiş qaydalar aşağıdakılara şamil edilir:

–  Azərbaycan Respublikasının ərazisində vurulan hər hansı bir zərərə;

– Azərbaycan Respublikasının ərazisində ətraf mühitin çirkləndirilməsi nəticəsində vurulan zərərə;

– Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda ətraf mühitin çirkləndirilməsi nəticəsində vurulan zərərdən fərqli olan zərərə, əgər belə zərər Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmidə daşınan təhlükəli və zərərli maddələrlə vurulubsa;

– harada qəbul edildiyindən asılı olmayaraq, belə zərərin qarşısını almaq və ya azaltmaq üçün ehtiyat tədbirlərinə.