Epileptik paroksizmləri olan şəxslər nəqliyyat vasitələrini idarə etməyə, hündür yerlərdə, hərəkət edən mexanizmlərin, od və su mənbələrinin yanında xidmətə (işləməyə) yararsızdırlar.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
22 | Mərkəzi sinir sisteminin iltihabi, demielinləşdirici xəstəlikləri və onların nəticələri: | |||
a) funksiyaların mühüm dərəcədə pozulması ilə və ya tez proqressivləşən gedişlə | D | D | D | |
b) funksiyaların mülayim dərəcədə pozulması ilə | C | C | C | |
c) funksiyaların cüzi dərəcədə pozulması ilə | C | C | B | |
ç) funksiyaların pozulması olmayan cüzi obyektiv əlamətlər olduqda | A-4 | A | A, HDQ, ÜH, DP, XQ-də FƏRDİ | |
d) mərkəzi sinir sisteminin kəskin xəstəliklərindən, xroniki xəstəliklərinin kəskinləşməsindən, habelə onların cərrahi müalicəsindən sonrakı müvəqqəti funksional pozulmalar | Ç | Ç | Ç |
Bu maddə mərkəzi sinir sisteminin yoluxucu və parazitar xəstəliklərini, ümumi infeksiyalar, kəskin və xroniki intoksikasiyalar (meninqokokk meningiti, seroz meningitlər, poliomielit, gənə və ağcaqanad virus ensefalitləri, vərəm, sifilis xəstəliklərində və s. sinir sisteminin zədələnməsi, demielinləşdirici xəstəliklər və s.) zamanı baş-beynin və onurğa-beyninin zədələnmələrini nəzərdə tutur.