Əsas funksiyanın mülayim dərəcədə pozulması (mimiki əzələlərin davamlı iflici, əllərin funksiyasının pozulması, əlin yuxarı qalxmasının məhdudlaşması və s.) ilə keçən periferik sinirlərin və sinir kələflərinin xəstəlikləri və kəskinləşmə dövründə gövdənin məcburi vəziyyəti, sinirlər boyunca ağrı və s. ilə müşayiət olunan və 2-3 ay ərzində fasiləsiz stasionar və ambulator müalicə tələb edən xroniki, residivləşən radikulitlər, pleksitlər, nevropatiyalar və nevritlər “a” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.