Hesabat formalarında POS-terminallar üzrə göstəricilərdə mobil POS-terminallar da nəzərə alınmalıdır.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Hesabat formalarında ödəniş kartları üzrə göstəricilərdə ödəniş kartları kimi virtual kartlar da nəzərə alınmalıdır. Hesabat formalarında göstəricilərin sayı və həcmi nominalla göstərilməlidir. Hesabat formaları statistik vahidin bütün bölmələri üzrə icmallaşdırılaraq Mərkəzi Banka təqdim edilməlidir.