Funksiyaların pozulma dərəcəsindən asılı olmayaraq, təkrar baş verən insultlar, baş-beyin və onurğa-beyni qan dövranının kəskin dərəcədə pozulması nəticəsində baş verən sinir sistemi funksiyalarının davamlı itmələri, III mərhələ dissirkulyator ensefalopatiya (hemiplegiya, dərin parezlər, nitq, yaddaş, təfəkkür pozulmaları, parkinsonizm əlamətləri, epileptik tutmalar, çanaq orqanları funksiyalarının pozulmaları və s.) və əməliyyatdan sonra ciddi fəsadlaşmış cərrahiyyə və ya digər müalicə olunmayan mərkəzi sinir sistemi anevrizması, arteriovenöz malformasiyası “a” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.