Vanda Naranın Mauro İkardiyə qarşı zorakılıq iddiası ilə şikayəti ortaya çıxdıqdan bir neçə saat sonra İkardidən məsələyə reaksiya gəlib və Argentinanın ‘Socios del Especteculo’ proqramına ilk açıqlamalarını verib.
Heftelik.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, “bütün bunlar Vandanın şişirtməsidir” deyən İkardi əavə edib ki, “mən heç bir zorakılıq tətbiq etməmişəm. Ora mənim evimdir və mənim hüquqlarım var”.
İkardi onu da əlavə edib ki, keçmiş həyat yoldaşı həmişə çəkişmələrinin açıqlanmasını istəyir: “O, hər şeyi mediaya çıxarır və şəxsi məqsədləri üçün hər şeyi təhrif edir. O, mesajımı göstərəndə hamının gözü qarşısında məni axmaq yerinə qoydu və bu psixoloji zorakılıqdır”.
America TV-də yayımlanan başqa bir televiziya proqramı olan ‘İntrusos’da Buenos Ayres”də hər ikisinə məxsus mənzildə Vanda Nara ilə İkardi arasında yaşananlarla bağlı iddialar gündəmə gətirilib.
America TV-nin xəbərində bu ifadələr yer alıb: “Mauro Vandaya “Sən mənim həyatımı məhv etdin. Mən yaralanmağım sənin günahındır. Sən biabırçı qadınsan. Sən pis anasan. Sən yalançısan”.
Vanda Naranın İkardiyə qarşı zorakılıq iddiası ilə şikayət etməsi xəbərini ilk olaraq Argentina mediası Vandanın vəkili Ana Rosenfeldin hazırladığı sənədi əldə edən ‘Los Angeles de la manana’ proqramı elan edib.