Şəxsiyyət POZUNTULARI

15 Noyabr 2024, 08:02

Şəxsiyyət pozuntuları ilə vətəndaşların şəhadətləndirilməsi psixiatrik stasionar (dispanser) şəraitdə müayinədən sonra keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Hərbi qulluqçuların şəhadətləndirilməsi şəxsi işlər, xidməti və tibbi xasiyyətnamələr öyrənilməklə, stasionar müayinədən sonra aparılır.

 

“a” bəndinə aşağıdakılar aiddir:

 

  1. ağır dərəcədə ifadə olunmuş, kompensasiya olunmayan şəxsiyyət pozuntuları;

 

  1. tez-tez baş verən dekompensasiyalarla orta şəxsiyyət pozuntusu və ya destruktiv davranış pozuntuları;

 

“b” bəndinə aşağıdakılar aiddir:

 

  1. orta davamlı kompensasiya ilə və ya yüngül dərəcədə ifadə olunmuş şəxsiyyət pozuntuları;

 

  1. seksual identifikasiya və seksual üstünlük pozuntuları.

 

Bu halda, seksual orientasiya özü-özlüyündə pozuntu kimi sayılmır.