UEFA prezidenti Aleksandr Çeferin oyunların sıxlığından şikayət edən futbolçulara cavab verib.

Heftelik.az-ın məlumatına görə, UEFA prezidenti  oyunçuların haqsız olduğunu bildirib.

Aleksandr Çeferin deyib ki,  matçların sayını azaltsalar, maaşları da azaltmaq məcburiyyətində qalacaqlar: “Bunun başqa yolu yoxdur. FIFA və UEFA-nın üstünə düşmək asandır. Amma məsələnin həll yolu bəllidir. Az oynasaz, az qazanacaqsız. Şikayət etməli olanlar ayda 1000 avro maaş alan fabrik işçiləridir”.