Psixi xəstəliklər üzrə şəhadətləndirilərkən əvvəllər keçirdiyi xəstəliklər və yalnız ixtisaslaşmış səhiyyə müəssisələrindən arayış və çıxarışlarda diaqnozu göstərməklə sorğu əsasında sübut olunan xəstəliklər əsas götürülür, tam remissiyada olan, sağalma halları ilə gündəlik həyat fəaliyyətinə təsir etməmiş olan tək bir halda olan psixotik pozuntu halları da daxil olmaqla.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
16 | Affektiv pozuntular: | |||
a) ağır dərəcəli və ya psixotik əlamətlərlə və ya tez-tez təkrarlanan və ya intihar cəhdləri ilə müşayiət olunan və ya xroniki affektiv epizodlar, maniakal epizodlar olduqda | D | D | D | |
b) orta dərəcəli və ya nadir baş verən psixotik əlamətlərsiz affektiv epizodlar, tsiklotimiya və ya distimiya olduqda | C | C | C və ya B FƏRDİ | |
c) orta dərəcəli qısamüddətli xəstəlik təzahürləri və ya təksaylı affektiv epizodlar olduqda | B | B | B | |
ç) sağalma ilə nəticələnmiş təksaylı affektiv epizodlar olduqda | A-4 | A | A |
Açıqlama:
Affektiv pozuntulara adıçəkilən bipolyar və depressiv pozuntular aiddir. Affektiv pozuntular konkret affektiv epizodun növü və onun zamana bağlı xarakterinə uyğun olaraq müəyyən edilir. Affektiv epizodların əsas növləri depressiv epizod, maniakal epizod, qarışıq epizod və hipomaniakal epizoddur.
“a” bəndinə ağır dərəcəli və ya psixotik və ya uzunmüddətli (bir ildən çox) və ya yüksək tezliyi (12 ay ərzində ən az 3) affektiv epizodlarla gedən bipolyar affektiv pozuntu I və II növ, ağır depressiv pozuntu, maniakal və hipomaniakal epizodlar aiddir.