Əfsanəvi boksçu Mayk Tayson 27 yaşlı şoumen və bloger Ceyk Polla rinqdə məğlub olmasına baxmayaraq, karyerasını davam etdirməyə hazır olduğunu açıqlayıb.

Heftelik.az-ın Bakupost.az-a istinadən verdiyi məlumata görə, Tayson bunun son döyüşü olmadığını deyib:

“Özümdən başqa heç kimə heç nə sübut etmək istəmirdim. Paula gəlincə,çox yaxşı döyüşçüdür. Bu, çətin döyüş idi, amma mənim sonuncu döyüşüm deyil”.
Xatırladaq ki, noyabrın 15-dən 16-na keçən gecə Amerikanın Arlinqton şəhərində (Texas) boks şousu baş tutub, onun əsas döyüşündə 27 yaşlı videobloqer Ceyk Pol 58 yaşlı çempion Mayk Taysonu məğlub edib.