Əməliyyat baş verməyən hallarda hesabat formasında müvafiq göstərici üzrə xana boş saxlanılır və ya 0 (sıfır) qeyd olunur.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Hesabat statistik vahidin icra orqanının rəhbərinin, üzvünün, baş mühasibin (bu vəzifəni icra edən şəxsin), yaxud hesabatın təqdim olunmasına məsul olan struktur bölmə rəhbərinin elektron imzası ilə təsdiq edilir.

Banklar tərəfindən ÖS-Bank-14 və ÖS-Bank-15 hesabat formaları 2025-ci ilin ikinci rübü, ÖS-Bank-16 və ÖS-Bank-17 hesabat formaları 2025-ci ilin üçüncü rübü, ÖS-F-1 və ÖS-F-4 hesabat formaları 2025-ci ilin mart ayı və ÖS-F-3 hesabat forması 2025-ci ilin iyun ayının nəticələri üzrə hesabatlılıqdan başlayaraq təqdim edilməlidir.