“a” bəndində nəzərdə tutulmuş dərəcəyə çatmayan ocaqlı simptomları və funksiya pozulmaları olan baş-beynin və onurğa-beyninin travmalarının nəticələri: ətrafın funksiyasını mülayim dərəcədə məhdudlaşdıran parez; yerişin qeyri-sərrastlığı, nistaqm, hissiyyat pozuntuları şəklində təzahür edən mülayim dərəcədə ifadə olunmuş beyincik pozuntuları; kəllədaxili təzyiqin mülayim və ya cüzi dərəcədə yüksəlməsi, nadir (ildə 3 dəfədən az) epileptik tutmalarla müşayiət olunan hidrosefaliya və ya travmatik araxnoidit “b” bəndinə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.