Konkret xarici zərərli amillərlə (infeksiyalar, intoksikasiyalar, travmalar və digər) əlaqədar yaranan psixopatobənzər hallar, həmçinin maraq pozuntuları olan şəxslər, “Xəstəliklər cədvəli”nin psixi pozuntuların müvafiq nozoloji formalarına uyğun olaraq şəhadətləndirilirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Şəxsiyyətin bütünlükdə patoloji xüsusiyyətlərindən irəli gəlməyən, qondarma, qəsdən yaradılan davranış və intizamsızlıq təzahürləri kimi hallar şəxsiyyət pozuntularının əlamətləri kimi qiymətləndirilə bilməz.
Maddə | Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi | Hərbi xidmətə yararlılıq kateqoriyası | ||
I qrafa | II qrafa | III qrafa | ||
19 | Psixoaktiv maddələrin qəbulundan yaranmış psixi və davranış pozuntuları: | |||
a) davamlı və ya tez-tez təkrarlanan asılılıq yaradan psixoaktiv maddələrin sui-istifadəsi nəticəsində psixi pozuntular | D | D | D | |
b) asılılıq olmadan davamlı və ya tez-tez təkrarlanan psixo-aktiv maddələrin sui-istifadəsi nəticəsində psixi pozuntular | C | C | C |