Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu gün növbəti oyuna çıxıb.
Heftelik.az-ın Apasport.az-a istinadən verdiyi məlumata görə, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv V turda Estoniyanı qəbul edib.
Qəbələ şəhər stadionunda baş tutan görüş başaladığı kimi də bitib: 0:0.
Xatırladaq ki, millimiz qrupun son matçını Noyabrın 19-u səfərdə İsveçə qarşı oynayacaq.
UEFA Millətlər Liqası
C Liqası, V tur
16 noyabr
18:00 Azərbaycan – Estoniya 0:0
Qəbələ şəhər stadionu
Azərbaycan: Rza Cəfərov, Elvin Cəfərquliyev, Ozan Can Kökcü, Coşqun Diniyev, Ramil Şeydayev, Rahil Məmmədov, Bədavi Hüseynov, Toral Bayramov, Aleksey İsayev, Abbas Hüseynov, Musa Qurbanlı.
Estoniya: Karl Yakob Heyn, Mihael Şyonninq-Larsen, Robert Şeyn, Henri Anyer, Kevor Palumets, Maksim Paskotsi, Yonas Tamm, Martin Miller, Karol Mets, Marr Poom, Vlasiy Sinyavski.