Cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan 5 (beş) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hansı qərarlardan birini qəbul etməli olduğu açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

Cinayət işinin ittiham aktı ilə daxil olduğu vaxtdan 5 (beş) gün müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı qərarlardan birini qəbul etməlidir:

– cinayət işinin məhkəməyə göndərilməsi üçün əsasların kifayət qədər olmasını hesab etmək və ittiham aktını təsdiq etmək;

– öz qərarı ilə ittiham aktının məzmunundan ayrı-ayrı bəndləri xaric etmək, ittiham aktındakı tövsiflə müqayisədə əməli cinayət qanununa uyğun olaraq daha yüngül məsuliyyət nəzərdə tutan cinayətə tövsif etmək və bu dəyişikliklərlə ittiham aktını təsdiq etmək;

– bu Məcəllənin 467-9.1-ci maddəsində nəzərdə tutulmuş hallarda cinayət işi üzrə icraatı dayandırmaqla tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün işi məhkəməyə göndərmək;

– əlavə ibtidai istintaq aparılması və ya ittiham aktının yenidən tərtib edilməsi üçün cinayət işinin öz göstərişləri ilə müstəntiqə qaytarmaq;

– cinayət təqibi üzrə qiyabi icraata xitam vermək və ibtidai istintaqın aparılması üçün cinayət işini öz göstərişləri ilə müstəntiqə qaytarmaq;

– cinayət işi üzrə icraatı dayandırmaq;

–  cinayət işi üzrə icraata xitam vermək.