Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolunu imzalandıqdan sonra təhqiqatçının hansı hərəkətləri yerinə yetirməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolunu imzalandıqdan sonra təhqiqatçı aşağıdakı hərəkətləri yerinə yetirməlidir:
– cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə, onun müdafiəçisinə və ya qanuni nümayəndəsinə, habelə zərər çəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və onların nümayəndələrinə məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarla tanış olmaq üçün imkan yaradılmasını təmin etmək;
– məhkəməyədək sadələşdirilmiş icraat üzrə bütün materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərmək.