Gəminin və digər əmlakın xilas edilməsindən yaranan münasibətlərə tətbiq ediləcək hüquq barədə tərəflərin razılaşması olmadıqda, xilasetmə əməliyyatının aparıldığı dövlətin qanunu tətbiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Xilas edən və xilas edilən gəmilər bir dövlətin bayrağı altında üzdükdə, xilasetmə əməliyyatının aparıldığı yerdən asılı olmayaraq, həmin dövlətin qanunu tətbiq edilir.