Görmənin pozulması ilə optiko-xiazmal araxnoidit, dağınıq skleroz, iflic və ya mühüm dərəcədə ifadə olunmuş parezlə müşayiət olunan keçirilmiş mielitin nəticələri, erkən və gec neyrosifilis zamanı sinir sistemi zədələnmələrinin ağır formaları, vərəm meningiti, sinir sisteminin parazitar zədələnmələri “a” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.