Gözün funksiyalarının proqressivləşən pozulması ilə müşayiət olunan, stasionar şəraitdə dəfələrlə cərrahi müalicə olunmasına baxmayaraq sağalmayan qanadabənzər pərdənin residivləri və yaşaparıcı yolların xəstəlikləri, anadangəlmə və qazanılmış xarakterli ptoz, alın əzələsinin gərginləşməsi olmadıqda, üst göz qapağının bir gözdə bəbəyin yarısından çoxunu örtməsi və yaxud hər iki gözdə bəbəklərin üçdə bir hissəsini örtməsi ilə və lakoprotez qoyulması ilə yaşaparıcı yollarda rekonstruktiv cərrahiyyə əməliyyatından sonrakı hallar “b” bəndinə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.