Hərbi qulluqçuların şəhadətləndirilməsi 45 gün və daha çox stasionar müalicədən sonra həyata keçirilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

“c” bəndinə orta dərəcəli və nadir affektiv epizodlarla baş verən rekurrent depressiv pozuntu aiddir. Hərbi qulluqçuların xidməti vəzifələrinin icrasından azad edilməsi və ya onlara xəstəliyə görə 15 gün müddətinə məzuniyyət verilməsinin zəruriliyi, ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən isə vətəndaşların hərbi xidmətə 6 ay müddətinə müvəqqəti yararsızlığı haqqında qərar çıxarılır. Xəstəliyə görə məzuniyyətdən və ya azadedilmədən sonra zərurət olduqda, təkrar şəhadətləndirilmə keçirilir.