Nevroloji statusda dağınıq üzvi nişanələr (kəllə innervasiyasının assimmetriyası və anizorefleksiya, yüngül hissiyyat pozuntuları və digər) aşkar edilən, davamlı astenonevrotik əlamətlərlə və vegetativ-damar davamsızlığı ilə müşayiət olunan travmatik araxnoidit, baş-beynin və onurğa-beyninin travmatik zədələnmələrinin nəticələri və üzvi əlamətlər və funksiya pozulmaları olmayan, mexaniki təzyiq nəticəsində kəllənin içəri basılmış köhnə sınıqları “c” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.