Elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə yanaşı digər ödəniş xidmətləri göstərən elektron pul təşkilatı tərəfindən ÖS-ÖXT-2 və  ÖS-ÖXT-4 hesabat formaları 2025-ci ilin mart ayı, ÖS-ÖXT-9 və ÖS-ÖXT-10 hesabat formaları 2025-ci ilin üçüncü rübü, ÖS-F-1 və ÖS-F-4 hesabat formaları 2025-ci ilin mart ayı və ÖS-F-3 hesabat forması 2025-ci ilin iyun ayının nəticələri üzrə hesabatlılıqdan başlayaraq təqdim edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

Operatorlar tərəfindən bu Təlimatın 5-ci hissəsində müəyyənləşdirilən hesabat formaları 2025-ci ilin mart ayının nəticələri üzrə hesabatlılıqdan başlayaraq təqdim edilməlidir.