Binaların zirzəmiləri su ilə dolur, epidemioloji xəstəliklər yaranır.

Heftelik.az-ın məlumatına görə, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə keçirilən iclasında gələn il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputat Məlahət İbraimqızı deyib.

“Respublika Gigiyena və Epidemiologiya Mərkəzi publik hüquqi şəxs olduğundan artıq pul ödənilmədən iş görmürlər. Mənzil-kommunal təsərrüfatı işçilərinin də qədər pulu yoxdur ki, müraciət etsinlır”, – deyə deputat bildirib.