Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasını istisna edən hallara aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
İbtidai araşdırmanın böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılmasına aşağıdakı hallarda yol verilmir:
– cinayət qanunu ilə nəzərdə tutulmuş əməl yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədildikdə;
– cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılmalı olduqda;
– İki və daha çox cinayət törətmiş şəxsin törətdiyi cinayətlərdən ən azı biri bu Məcəllənin 214.4-cü maddəsində nəzərdə tutulmadıqda;
– zərər çəkmiş və ya təqsirləndirilən şəxs təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etdikdə.