“Xəstəliklər cədvəli”nin III qrafası ilə şəhadətləndirilən şəxslər üçün hərbi həkim komissiyası sinir sistemi funksiyalarının bərpası və ya astenik halla nəticələnən ilk dəfə keçirilmiş beyin qan dövranının kəskin pozulmasından sonra xəstəliyə görə “Xəstəliklər cədvəli”nin 24-cü maddəsinin “d” bəndinə əsasən məzuniyyət verilməsinin zəruriliyi haqqında qərar çıxarır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

 

MaddəXəstəliklərin adı, funksiyaların pozulma dərəcəsiHərbi xidmətə yararlılıq kateqoriyası
I qrafaII qrafaIII qrafa
25Mərkəzi sinir sisteminin üzvi, irsi-degenerativ xəstəlikləri və sinir-əzələ xəstəlikləri:
a) funksiyaların mühüm dərəcədə pozulması ilə və ya tez proqressivləşən gedişləDDD
b) funksiyaların mülayim dərəcədə pozulması ilə və ya tədricən proqressivləşən gedişləCCC
c) funksiyaların cüzi dərəcədə pozulması iləCCB
 ç) funksiyaların pozulması olmayan obyektiv məlumatlar olduqdaA-4AA

 

Bu maddə serebral degenerasiyaları, Parkinson xəstəliyini, digər ekstrapiramid xəstəlikləri, spinoserebral degenerasiyaları, baş-beynin və onurğa-beyninin şişlərini, uşaq serebral iflicini, anadangəlmə anomaliyaları (inkişaf qüsurlarını), sinir-əzələ birləşmələri və əzələlərin xəstəliklərini, Klein-Levin sindromu (xronik hipersomniya adaptasiya və əmək qabiliyyətini pozan hallarda), eləcə də mərkəzi sinir sisteminin digər xəstəliklərini (hidrosefaliya, serebral sista və s.) nəzərdə tutur.