Bunlar toksikomaniya aiddir

19 Noyabr 2024, 06:02

“a” bəndinə davamlı və ya tez-tez təkrarlanan asılılıq (psixi və/və ya fiziki) yaradan psixoaktiv maddələrin sui-istifadəsi nəticəsində bütün psixi və davranış pozuntuları, xroniki alkoqol psixozları, mühüm dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi, toksikomaniya aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

b” bəndinə aşağıdakılar aiddir:

  1. kəskin alkoqol psixozları, orta dərəcədə ifadə olunmuş şəxsiyyət dəyişikliyi ilə müşayiət olunan xroniki alkoqolizm, narkomaniya və toksikomaniya;
  2. asılılıq (psixi və /və ya fiziki) olmadan davamlı və ya tez-tez təkrarlanan psixoaktiv maddələrin sui-istifadəsi nəticəsində psixi pozuntular;
  3. narkotik vasitələr və psixotrop maddələrdən sui-istifadə edilməsi (asılılıq sindromu olmadan, psixi və ya fiziki sağlamlıq üçün aydın zərərli nəticələrlə müşayiət olunan, psixoaktiv maddələrin təkrar qəbulu halları).