Keçirilmiş xəstəliklərin, mərkəzi sinir sistemi funksiyalarının pozulma dərəcəsinə görə hərbi xidmətkeçmə imkanını məhdudlaşdıran, lakin tam istisna etməyən qalıq əlamətləri və nəticələri (əzələ tonusunun azacıq yüksəlməsi, əzələ gücünün azalması şəklində cüzi dərəcədə ifadə olunmuş hemiparezlə ensefalitin, araxnoiditin qalıq əlamətləri, mülayim dərəcəli hidrosefaliya, likvor hipertenziyası), habelə ağrı pozuntularının tez-tez baş verən (ildə 2 dəfə və çox) və uzunmüddətli (hərbi xidmətə çağırılmalı olan vətəndaşlar üçün 6 aydan az olmayaraq, hərbi qulluqçular üçün 4 aydan az olmayaraq) dekompensasiyaları “b” bəndinə aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.