Təksaylı affektiv EPİZOD

19 Noyabr 2024, 06:01

“ç” bəndinə təksaylı affektiv epizoddan sonra uzunmüddətli (ən az 1 il) davamlı kompensasiya vəziyyəti və ya sağalma aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Maddə Xəstəliklərin adı, funksiyaların pozulma dərəcəsi Hərbi xidmətə yararlılıq kateqoriyası
I qrafa II qrafa III qrafa
17 Somatoform və nevrotik pozuntular (streslə bağlı, təşviş, qorxu, obsessiv-konvulsiv, travma hadisəsi ilə və streslə bağlı pozulmalar, somatoform, dissosiativ-konversion və bunların alt tipləri, Turett sindromu), nitq pozulmaları:
a) ağır dərəcədə ifadə olunmuş, davamlı nevrotik pozuntular olduqda D D D
b) orta dərəcədə ifadə olunmuş, uzunmüddətli və ya təkrarlanan nevrotik pozuntular olduqda.
Nitq pozuntuları: bütün nitq aparatını əhatə edən, tənəffüsün pozulması və nevrotik təzahürlərlə müşayiət olunan yüksək dərəcəli kəkələmə, nitqin çox çətin anlaşılmasına səbəb olan digər pozulmaları C C C
c) orta dərəcədə ifadə olunmuş, qısamüddətli nevrotik pozuntular olduqda.
Nitqin kifayət qədər aydın olmamasına səbəb olan orta dərəcədə kəkələmə və digər nitq pozulmaları B B B
ç) sağalma ilə nəticələnmiş nevrotik pozuntular A-4 A A
d) keçirilmiş orta dərəcədə ifadə olunmuş nevrotik pozuntu nəticəsində yüngül qalıq simptomlar Ç Ç Ç

Açıqlama:
Başlıq üzrə: nevrotik pozuntular (obsessiv-kompulsiv, travma hadisəsi ilə və streslə bağlı pozuntular, təşviş və ya qorxu ilə bağlı pozuntular), somatoform, dissosiativ-konversion və bunların alt tipləri, Turett sindromu.
“a” bəndinə ağır, xroniki (2 ildən çox) müalicəyə qarşı rezistent somatoform və realizə olan ciddi intihar cəhdləri daxil olmaqla streslə bağlı nevrotik pozuntular, həmçinin bu bənddə göstərilən psixi pozuntular nəticəsində xroniki şəxsiyyət dəyişkənliyi aiddir.