Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərarda nələrin göstərilməli olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:
– qərarın çıxarıldığı tarix, vaxt və yer;
– məhkəmənin adı və tərkibi (hər bir hakimin adı, soyadı və atasının adı);
– təqsirləndirilən şəxsin soyadı, adı və atasının adı;
– təqsirləndirilən şəxsə istinad edilən cinayət qanununun maddəsi üzrə tövsifi;
– qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, ləğv edilməsi, dəyişdirilməsi və ya seçilməsi və vurulmuş zərərin ödənilməsinin təmin edilməsi üçün tədbirlər görülməsi haqqında qərar;
– cinayət proses iştirakçılarının etirazlarının, vəsatətlərinin və digər ərizələrinin həlli;
– məhkəmənin tərkibi haqqında;
– təqsirləndirilən şəxs tərəfindən seçilmiş şəxsin müdafiəçi qismində işə buraxılması və ya təqsirləndirilən şəxsə müdafiəçinin təyin edilməsi;
– məhkəmə baxışı zamanı məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısı;
-bu Məcəllənin 51-2-ci və 311.2-ci maddələrində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin iştirakı olmadan baxılmasının əsaslandırılması;
– məhkəmə baxışının yeri və vaxtı haqqında məlumatlar;
– bu Məcəllədə nəzərdə tutulmuş hallarda işə qapalı məhkəmə iclasında baxılmasının əsaslandırılması;
– cinayət mühakimə icraatının dilinin seçilməsi.