Traxomanın gözün funksiyalarının davamlı pozulmaları ilə müşayiət olunan nəticələrinə görə qərar “Xəstəliklər cədvəli”nin bu pozulmaları nəzərdə tutan müvafiq maddələri üzrə çıxarılır.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Aşağıda göstərilən göz xəstəlikləri bu maddəni tətbiq etmək üçün əsas deyildir və hərbi xidmətkeçməyə, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə, hərbi liseylərə, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinə daxil olmağa mane olmur:

  1. tək-tək pulcuqları və göz qapağı kənarlarının cüzi hiperemiyası olan sadə blefarit;
  2. tək-tək follikullarla seçilən follikulyar konyunktivit;
  3. göz qapaqları bucaqlarında və konyunktivanın tağları nahiyəsində konyunktivanın məxmərə oxşaması;
  4. konyunktivanın qeyri-traxomatoz mənşəli tək-tək xırda səthi çapıqları;
  5. konyunktivanın traxomatoz mənşəli hamar çapıqları, konyuktivanın, buynuz qişanın digər dəyişiklikləri və traxomatoz prosesin bir il ərzində residivinin olmaması;
  6. proqressivləşmə əlamətləri olmayan yalançı və həqiqi qanadabənzər pərdə.