UEFA Millətlər Liqasında qrup mərhələsinə bu gün yekun vurulacaq.
Heftelik.az-ın Report-a istinadən verdiyi məlumata görə, sonuncu – VI turda 9 qarşılaşma baş tutacaq.
Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan yığması ilə yanaşı, Türkiyə də meydana çıxacaq. Qardaş ölkənin komandası səfərdə Monteneqro ilə üz-üzə gələcək.
Niderland səfərdə Bosniya və Herseqovinanın, Almaniya isə Macarıstanın qonağı olacaq.
UEFA Millətlər Liqası
VI tur
19 noyabr
A Liqası
III qrup
23:45. Bosniya və Herseqovina – Niderland
23:45. Macarıstan – Almaniya
Xal durumu: Almaniya – 13, Niderland – 8, Macarıstan – 5, Bosniya və Herseqovina – 1.
B Liqası
I qrup
23:45. Çexiya – Gürcüstan
23:45. Albaniya – Ukrayna
Xal durumu: Çexiya – 8, Gürcüstan – 7, Albaniya – 7, Ukrayna – 5.
IV qrup
23:45. Monteneqro – Türkiyə
23:45. Uels – İslandiya
Xal durumu: Türkiyə – 11, Uels – 9, İslandiya – 7, Monteneqro – 0.
C Liqası
I qrup
23:45. Slovakiya – Estoniya
23:45. İsveç – Azərbaycan
Xal durumu: İsveç – 13, Slovakiya – 10, Estoniya – 4, Azərbaycan – 1.
D Liqası
II qrup
23:45. Malta – Andorra
Xal durumu: Moldova – 9, Malta – 6, Andorra – 0.
Qeyd edək ki, noyabrın 22-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.