İlkin hərbi qeydiyyata alınarkən, hərbi xidmətə çağırılarkən vətəndaşlar, çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçular “c” bəndi üzrə yalnız müalicə nəticəsində xəstəlik təzahürlərinin müsbət dinamikası olmadıqda, eləcə də, uzunsürən və təkrarlanan dekompensasiya hallarında şəhadətləndirilirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Xəstənin halının yaxşılaşması, xəstəlik təzahürlərinin kompensasiyası və hərbi xidmət vəzifələrini icraetmə qabiliyyətinin bərpa olunması hallarında şəhadətləndirilmə “ç” bəndi üzrə keçirilir.