“b” bəndinə aparılmış stasionar müalicəyə baxmayaraq, şəhadətləndirilənin hərbi xidməti vəzifələrinin yerinə yetirməsini çətinləşdirəcək dərəcədə davamlı saxlanan xəstəlik təzahürləri ilə orta dərəcədə ifadə olunmuş, uzunmüddətli və ya təkrarlanan nevrotik pozuntular aiddir.

Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.

Hərbi qulluqçuların şəhadətləndirilməsi 45 gün və daha çox stasionar müalicədən sonra həyata keçirilir. “c” bəndinə müalicə ilə (stasionar və ya ambulator) kliniki yaxşılaşma olmuş, qoruyucu müalicəsi davam edən hərbi qulluqçular hərbi xidmətə yararlı hesab edilirlər. “ç” bəndinə sağalma ilə nəticələnmiş (stasionar və ya ambulator) nevrotik pozuntular aiddir.