Bahar katarı və konyunktivanın digər allergik zədələnmələri zamanı onun dərəcəsindən, xəstəliyin gedişinin ağırlığından, kəskinləşmələrin tezliyindən və aparılan müalicənin səmərəliliyindən asılı olaraq, şəhadətləndirilmə “b” və ya “c” bəndləri üzrə keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
Kəskin traxomanın müalicəsindən sonra hərbi qulluqçulara xəstəliyə görə məzuniyyət verilmir. Lakin zərurət olduqda, “Xəstəliklər cədvəli”nin 28-ci maddəsinin “ç” bəndi üzrə hərbi xidməti vəzifələrinin icrasından azad edilmə barədə qərar çıxarılır.