Məhkəmə baxışının hansı müddətlərdə təyin edilməli olduğu müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Məhkəmə baxışı aşağıdakı müddətlərdə təyin edilməlidir:
– cinayət işinə baxılması üçün—məhkəmənin hazırlıq iclasının keçirildiyi andan 15 (on beş) gündən artıq olmayan müddətdə;
– məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə baxılması üçün-məhkəmənin hazırlıq iclasının keçirildiyi andan 7 (yeddi) gündən artıq olmayan müddətdə.