Məhkəmə iclasına çağırılmalı olan şəxslərin siyahısının prokuror tərəfindən dəyişdirilməsinə aydınlıq gətirilib.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini məhkəməyə göndərməzdən əvvəl məhkəmə iclasına çağırılmalı olan şəxslərin müstəntiq tərəfindən tərtib edilmiş siyahısını öz qərarı ilə ixtisar və ya ona əlavələr edə bilər.