UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.

Heftelik.az-ın məlumatına görə, sonuncu – VI turda 9 qarşılaşma baş tutub.

Fernandu Santuşun baş məşqçisi olduğu Azərbaycan yığması ilə yanaşı, Türkiyə də meydana çıxıb. Qardaş ölkənin komandası səfərdə Monteneqro ilə üz-üzə gəlib.

Niderland səfərdə Bosniya və Herseqovinanın, Almaniya isə Macarıstanın qonağı olub.

UEFA Millətlər Liqası

VI tur

19 noyabr

A Liqası

III qrup

23:45. Bosniya və Herseqovina – Niderland 1:1

23:45. Macarıstan – Almaniya 1:1

Xal durumu: Almaniya – 14, Niderland – 9, Macarıstan – 6, Bosniya və Herseqovina – 2.

B Liqası

I qrup

23:45. Çexiya – Gürcüstan 2:1

23:45. Albaniya – Ukrayna 1:2

Xal durumu: Çexiya – 11, Gürcüstan – 7, Ukrayna – 8, Albaniya – 5.

IV qrup

23:45. Monteneqro – Türkiyə 3:1

23:45. Uels – İslandiya 4:1

Xal durumu: Uels – 12, Türkiyə – 11, İslandiya – 7, Monteneqro – 3.

C Liqası

I qrup

23:45. Slovakiya – Estoniya 1:0

23:45. İsveç – Azərbaycan 6:0

Xal durumu: İsveç – 16, Slovakiya – 13, Estoniya – 4, Azərbaycan – 1.

D Liqası

II qrup

23:45. Malta – Andorra 0:0

Xal durumu: Moldova – 9, Malta – 7, Andorra – 1.

Qeyd edək ki, noyabrın 22-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçiriləcək. Tədbir İsveçrənin Nyon şəhərində, Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Türkiyə yığması da A liqasına çıxmaq üçün qrup ikincisi kimi pley-off mərhələsini uğurla keçməlidir. Pley-off oyunları gələn ilin mart ayında baş tutmalıdır.