Şübhəli və ya təqsirləndirilən şəxsin axtarışı müstəntiq tərəfindən cinayət işi üzrə ibtidai istintaq aparılması zamanı və ya cinayət işi üzrə icraatın dayandırılması ilə eyni vaxtda elan edilə bilər.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Şübhəli və ya təqsirləndirilən şəxsin olduğu yer məlum olmadıqda, yaxud şübhəli və ya təqsirləndirilən şəxs cinayət təqibi orqanından gizləndikdə müstəntiq öz qərarı ilə onun axtarışını müvafiq təhqiqat orqanına tapşırır.