Yalnız elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası xidmətini göstərən elektron pul təşkilatı tərəfindən ÖS-ÖXT-5 hesabat forması istisna olmaqla, bu Təlimatın 4-cü hissəsində müəyyənləşdirilən digər bütün hesabat formaları Mərkəzi Banka təqdim edilməlidir.
Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.
ÖS-ÖXT-1; ÖS-ÖXT-2; ÖS-ÖXT-3; ÖS-ÖXT-4; ÖS-ÖXT-6; ÖS-ÖXT-7; ÖS-ÖXT-8; ÖS-F-1; ÖS-F-2; ÖS-F-3; ÖS-F-4 hesabat formaları aylıq əsasda elektron formada hesabat dövründən sonrakı ayın 7 (yeddi) iş günü ərzində, ÖS-ÖXT-9; ÖS-ÖXT-10 hesabat formaları isə rüblük əsasda elektron formada hesabat dövründən sonrakı ayın 10 (on) iş günü ərzində təqdim edilməlidir.