Şübhəli və ya təqsirləndirilən şəxsin axtarışı onun olduğu yerin müəyyən edilməsi, tutulması və cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi üçün tədbirlər görülməsini nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Bu Məcəllədə nəzərdə tutulmuş qaydada aşkar edilmiş və tutulmuş və ya Azərbaycan Respublikasının ərazisindən kənarda istintaqdan gizlənən və axtarışda olan şübhəli və ya təqsirləndirilən şəxs barəsində aşağıdakı tədbirlər tətbiq edilə bilər:
– məhkəmə nəzarətini həyata keçirən məhkəmə həbs, ev dustaqlığı, girov və vəzifədən kənarlaşdırma qətimkan tədbirini seçə və ya dəyişə bilər;
– müstəntiq icraatında olan cinayət işi üzrə həbs, ev dustaqlığı, girov və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri istisna edilməklə, digər qətimkan tədbirlərini seçə və ya dəyişə bilər.