Ticarət gəmiçiliyi sahəsində bağlanmış müqavilələrdən yaranan münasibətlərə aydınlıq gətirilib.
Heftelik.az-ın məlumatına görə, bu, Ticarət Gəmiçiliyi Məcəlləsində əksini tapıb.
Tərəflərin tətbiq ediləcək hüquq barədə razılaşmaları olmadıqda, onların müqavilədən yaranan münasibətləri aşağıda göstərilənlərin təsis edildikləri, əsas fəaliyyət və ya yaşayış yeri olan dövlətin qanunu ilə tənzimlənir:
– dənizlə yük daşınması müqaviləsində — daşıyıcının;
– gəmi agenti müqaviləsində, taym-çarter və berbout-çarterdə — gəmi sahibinin;
– yedəkləmə müqaviləsində — yedəkçi gəmi sahibinin;
– dəniz vasitəçiliyi müqaviləsində — sifarişçinin;
– dəniz sığorta müqaviləsində — sığortaçının.