Hərəki, hissi və trofiki pozulmaların artmasına meyilsiz, nadir hallarda kəskinləşən sinir kələflərinin və periferik sinirlərin residivləşən xəstəlikləri və ətrafın funksiyasını cüzi dərəcədə pozan xəstəliklərin əvvəllər keçirilmiş kəskinləşmələrinin zəif qalıq əlamətləri “a” bəndinə aiddir.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
“ç” bəndinə ətrafların funksiyalarını pozmayan və bərpa olunmağa meyilli cüzi hissiyyat pozulması, cüzi atrofiya və ya əzələ gücünün zəifləməsi şəklində periferik sinir xəstəliklərinin qalıq əlamətləri aiddir.