İnkişaf dövründə yaranan və müəyyən intellekt, motor və sosial funksiyaların mənimsənilməsi və yerinə yetirilməsində çətinliklərlə bağlı olan davranış və koqnitiv pozuntulardır.
Heftelik.az-ın məlumatına görə, bu, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də əksini tapıb.
“a” bəndinə intellektin mühüm və aşkar qüsurları olduqda dərin, ağır və orta dərəcəli əqli gerilik və ya əqli inkişaf pozuntusu ilə autizm spektrli pozuntuları aiddir. Stasionar müayinə aparılmadan həll edilə bilər.
“b” bəndinə yüngül dərəcəli əqli gerilik (əqli inkişaf əmsalı 50-69 diapozonunda) və ya əqli inkişaf pozuntusu olmadan autizm spektrli pozuntu və ya ağır ifadəli diqqət çatışmazlığı hiperaktivlik pozuntusu aiddir.