Elektron pul təşkilatı tərəfindən elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası ilə yanaşı digər ödəniş xidmətləri göstərildikdə, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimatda müəyyənləşdirilən bütün hesabat formaları elektron formada Mərkəzi Banka təqdim edilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, “Ödəniş statistikası hesabatının tərtibi və təqdim edilməsinə dair Təlimat”da əksini tapıb.

ÖS-ÖXT-1; ÖS-ÖXT-2; ÖS-ÖXT-3; ÖS-ÖXT-4; ÖS-ÖXT-5; ÖS-ÖXT-6; ÖS-ÖXT-7; ÖS-ÖXT-8; ÖS-F-1; ÖS-F-2; ÖS-F-3; ÖS-F-4 hesabat formaları aylıq əsasda, hesabat dövründən sonrakı ayın 7 (yeddi) iş günü ərzində, ÖS-ÖXT-9; ÖS-ÖXT-10 hesabat formaları isə rüblük əsasda hesabat dövründən sonrakı ayın 10 (on) iş günü ərzində təqdim edilməlidir.