İttiham aktının təsviri-əsaslandırıcı hissəsində nələrin göstərildiyi açıqlanıb.

Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.

İttiham aktının təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilir:

– cinayətin törədilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar;

– təqsirləndirilən şəxsin təqsirliliyini təsdiq edən sübutlar;

– təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlillər və həmin dəlillərin yoxlanılması zamanı toplanmış sübutlar;

– təqsirləndirilən şəxsi səciyyələndirən hallar;

– zərər çəkmiş şəxsi səciyyələndirən hallar;

– təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar.