Böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə şikayətə baxarkən və ya böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqatın gedişində məhkəməyədək sadələşdirilmiş prosedur daxilində aparılması mümkün olmayan istintaq hərəkətlərinin aparılması zərurəti yarandıqda, təhqiqatçının və ya müstəntiqin vəsatəti, yaxud öz təşəbbüsü ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanması haqqında qərar qəbul etmək və ibtidai istintaqın aparılmasını müvafiq istintaq orqanına tapşırmaq hüququna malikdir.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.